Bakıda 2 yaşlı körpənin bədənində yara izləri ilə sığınacağa yerləşdirdiyi barədə məlumat yayılmışdı.
Məsələ ilə bağlı Lent.az saytına açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu hadisənin N.Nərimanov rayonunda baş verdiyini deyib:
"Bu məsələ ilə bağlı komitəyə körpənin babalığı məlumat verib. Məlumatı əldə edəndən sonra rayon polis şöbəsinə müraciət edib, körpənin yaşadığı ünvana yollandıq.
Araşdırma nəticəsində məlum oldu ki, azyaşlının anası Belarus vətəndaşıdır və körpəni ataraq gedib. Atası isə tufeyli həyat tərzi yaşayır. Körpə dövlət nəzarətinə götürülüb".
***
17:17
Bakıda 2 yaşlı körpə bədənində yara izləri ilə sığınacağa gətirilib.
Lent.az xəbər verir ki, Qadın və Uşaq Sığınacağına yara izləri ilə gətirilən 2 yaşlı körpənin anası atıb gedib. Atası isə narkotik istifadəçisi olduğu üçün körpə nəzarətsiz qalıb. Baxımsızlıqdan azyaşlının bədənində yara izləri əmələ gəlib.
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi araşdırma aparır.