Bakı Zooloji Parkı
08 may 2021 10:20 (UTC +04:00)

Bakı Zooloji Parkı

Bakı Zooparkı açılışa hazırlaşır? - Direktordan AÇIQLAMA

“Bakı Zooloji parkında artıq tamamlanma işləri görülür”.

Bu sözləri Lent.az-a açıqlamasında Zooloji Parkın direktoru Azər Hüseynov deyib. O bildirib ki, işlər bitdikdən sonra heyvanların köçürülmə prosesinə başlanacaq:

“Təxminən 1 ay ərzində heyvanların köçürülməsi baş tutacaq. Ondan sonra isə ən azı 1 ay da vaxt lazımdır ki, heyvanlar yeni əraziyə uyğunlaşsınlar.

Düşünürəm ki, açılışa elə də çox vaxt qalmayıb. Tarix bilinən kimi ictimaiyyətə bu barədə geniş məlumat veriləcək”.

Xatırladaq ki, Bakı Zooloji Parkın fəaliyyəti 2019-cu ilin fevral ayından etibarən müvəqqəti olaraq dayandırılıb. Həmçinin təmir və genişləndirmə işləri yekunlaşdıqdan sonra park ərazisi 4.25 hektar (əvvəl 2.25 hektar idi) olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13308
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar