Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti sual boşanma zamanı nənə və babadan aliment tələb etməklə bağlıdır.
Bəzən tərəflər arasında boşanma olsa da, onlar aliment ödəməkdən yayınırlar.
Bəs bu halda baba və nənədən aliment tələb edilməsi mümkündürmü?
Lent.az xəbər verir ki, yetkinlik yaşına çatmayan nəvələr üçün baba və nənədən aliment tələb oluna bilər:
"Ailə məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.
Amma əgər nənə və babanın iş qabiliyyəti və əmək fəaliyyəti yoxdursa, aliment ödəyə bilməz".