Azərbaycanın bu bölgəsində 16 dərəcəyədək şaxta qeydə alındı
23 fevral 2025 18:45 (UTC +04:00)

Azərbaycanın bu bölgəsində 16 dərəcəyədək şaxta qeydə alındı

Fevralın 23-ü saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, fevralın 23-ü saat 18:00-a olan məlumatına əsasən hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Qubadlı, Ağdamda Naxçıvan, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Altıağac, Quba, Qrız, Xaltan, Şabran, Şahdağ, Bərdə, Mingəçevir, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 11, yüksək dağlıq ərazilərdə 16 dərəcəyədək şaxta qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar