Azərbaycanda son sutkada koronavirus statistikası
24 yanvar 2021 14:48 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus statistikası

Azərbaycanda son sutkada koronavirusa yoluxma

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, 568  nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə   228 975 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292  nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib, 5 601 aktiv xəstə sayı  nəfərdir.

Ölkədə son sutka ərzində 7 079, hazırkı dövrədək isə 2 361 552  test aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2502
avatar

Oxşar yazılar