Azərbaycanda saxlanılan erməni silahlı qruplaşma üzvlərindən YENİ XƏBƏR
20 may 2021 10:55 (UTC +04:00)

Azərbaycanda saxlanılan erməni silahlı qruplaşma üzvlərindən YENİ XƏBƏR

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş, saxlanılaraq istintaqa təhvil verilmiş, terror cinayəti törətməkdə təqsirləndirilən silahlı qrupun üzvlərinə növbəti dəfə baş çəkib.

Bu barədə Lent.az-a Ombudsman Aparatından məlumat verilib. 

Qeyd olunub ki, həmin şəxslər Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının 2020-ci il 10 noyabrda imzaladıqları üçtərəfli bəyanat əsasında hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycan ərazisində dörd hərbçimizin qətlə yetirilməsi, bir mülki vətəndaşımızın ağır yaralanması ilə nəticələnən cinayət və terror aktlarının qarşısı alınarkən həbs olunublar.

Başçəkmə zamanı Ombudsman həmin şəxslərlə təkbətək görüşərək onların hüquqlarının təmini vəziyyətini araşdırıb. Qəbul olunmuş təqsirləndirilən şəxslər saxlanma şəraitindən, qidalanma və tibbi xidmətdən, onlara göstərilən rəftardan razılıq ediblər.

Ombudsman tərəfindən fərdi qaydada həmin şəxslərin müraciətləri dinlənilib, onlara öz dillərində qanunvericilik aktları təqdim edilməklə hüquqları izah olunub.

Başçəkmə çərçivəsində aparılmış araşdırmaların nəticəsi əsasında Ombudsmanın xüsusi hesabatı hazırlanaraq beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2628
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar