Azərbaycanda kimsəsiz uşaqların  SAYI - neçəsi övladlığa verildi?
27 dekabr 2022 11:49 (UTC +04:00)

Azərbaycanda kimsəsiz uşaqların SAYI - neçəsi övladlığa verildi?

"İndiyədək övladlığa götürülən 1273 uşağın monitorinqi həyata keçirilib".

Lent.az-ın məlumatına görə, bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, reinteqrasiya tədbirləri ilə ümumilikdə ötən dövrdə 240 uşaq ailəsinə qaytarılıb:

"Onlardan 94 nəfəri qız, 146-sı oğlandır. Bu uşaqlardan 109-u bu il reinteqrasiya edilənlərdir. 01.11.2022-ci il tarixindən 9 nəfəri oğlan, 9 nəfəri qız olmaqla 18 nəfər uşaq müəssisələrinə yerləşdirilib. Hazırda 640 nəfəri qız, 923 nəfəri oğlan olmaqla müəssisələrdə olan uşaq sayı 1563 nəfərdir. Övladlığa verilməsi mümkün olan uşaqların sayı isə 66-dır".

# 1548
avatar

Oxşar yazılar