Azərbaycanda itkin düşən yeniyetmələrdən biri tapıldı - YENİLƏNİB
23 mart 2025 19:57 (UTC +04:00)

Azərbaycanda itkin düşən yeniyetmələrdən biri tapıldı - YENİLƏNİB

İtkin düşən yeniyetmələrdən biri tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, itkin düşmə kimi axtarışa elan edilmiş yeniyetmələrdən biri polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

***

22 mart, saat 18:07

Ailə üzvlərini məlumatlandırmadan yaşadıqları evləri tərk edərək naməlum istiqamətə gedən şəxslərin itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub.

Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib.

Onun sözlərinə görə, bundan əvvəl də bir neçə dəfə yaşayış yerini tərk edən şəxslərin yerinin müəyyən olunaraq tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4376

Oxşar yazılar