Ölkədə tədqiqat potensialı yüksək olan iki universitetin bazasında 2 tədqiqat universiteti yaradılacaq.
Lent.azAPA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
2023-2025-ci illərdə ali məktəblərin yeni elmi tədqiqat ənənəsinin artması, dövrün sonuna qabaqcıl elmi-tədqiqat nəşrlərində aktiv iştirak edən 2 elmi-tədqiqat universitetinin fəaliyyət göstərməsi təmin ediləcək.