Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI
28 may 2024 14:14 (UTC +04:00)

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

Bakıda və Abşeron yarımadasında həftənim sonunadək hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyunun 1-dən 2-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Lent.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, mülayim cənub-şərq küləklərinin üstünlük təşkil edəcəyi, iyunun 1-i gündüzdən 2-si səhərədək isə şimal-qərb küləyinin qısa müddətə güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 24-29, mayın 30 və 31-də 32 dərəcəyədək isti olacaq.

“Azərbaycanın rayonlarında həftə sonunadək intensiv yağıntılar gözlənilmir. Yaxın günlərdə hava şəraitinin daha da sabitləşəcəyi, əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda leysan xarakterli qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə yüksələrək 28-33, mayın 30-31-də bəzi yerlərdə 36, dağlarda 17-22, bəzi yerlərdə 25 dərəcə isti olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12576
avatar

Oxşar yazılar