Azərbaycanda  əmək pensiyaları   bu qədər ARTACAQ
01 noyabr 2022 13:20 (UTC +04:00)

Azərbaycanda əmək pensiyaları bu qədər ARTACAQ

Gələn il əmək pensiyalarının proqnozlaşdırılan orta aylıq məbləği məlum olub.

Lent.az-ın xəbərinə görə, bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində əksini tapıb.

Sənədə əsasən, əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 263,59 manat, 2020-ci ilin ilk yarımilliyində 297,85 manat, 2020-ci ilin sonuna 302,24 manat, 2021-ci ilin ilk yarımilliyində 328,77 manat, həmin ilin sonuna 331,75 manat, 2022-ci ilin ilk yarımilliyində 367,98 manat təşkil edib, bu ilin sonuna isə 369,4 manat təşkil edəcəyi gözlənilir. 2023-cü ildə isə əmək pensiyalarının orta aylıq məbləğinin 52,6 manat və ya 14,2 faiz artaraq 422 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Pensiyaların orta aylıq məbləği 2020-ci ildə 2019-cu illə müqayisədə 14,66 % artıb. Bu göstərici 2021-ci ildə 2020-ci illə müqayisədə 9, 76 % yüksək olub, 2022-ci ilin sonuna gözlənilən məbləğin isə 2021-ci ilin müvafiq göstəricisindən 11, 35 % yüksək olacağı gözlənilməklə, 2023-cü ilin müvafiq göstəricisinin də 2022-ci ilin sonuna gözlənilən göstəricini 14, 24 % üstələyəcəyi proqnozlaşdılır.

# 3741
avatar

Oxşar yazılar

Zaqatalanın 6 kəndi qaz istəyir

Zaqatalanın 6 kəndi qaz istəyir

26 yanvar 2023 , 23:02
Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

26 yanvar 2023 , 20:15
Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

26 yanvar 2023 , 20:15
"Squşonnı"nın bahalaşmasına  RƏSMİ REAKSİYA

"Squşonnı"nın bahalaşmasına RƏSMİ REAKSİYA

26 yanvar 2023 , 17:45
Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

26 yanvar 2023 , 17:29
Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

26 yanvar 2023 , 17:10
Jurnalistlərin suyu kəsildi

Jurnalistlərin suyu kəsildi

26 yanvar 2023 , 14:59
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

26 yanvar 2023 , 12:35