Azərbaycanda COVID-19 PZR testlərinin istehsalı başladı -  VİDEO
27 oktyabr 2021 13:58 (UTC +04:00)

Azərbaycanda COVID-19 PZR testlərinin istehsalı başladı - VİDEO

Prezident İlham Əliyevin iki il öncə böyük dəstəyi və qayğısı ilə açılışı gerçəkləşmiş “Diamed” şirkəti Azərbaycanın ilk tibbi istehsal zavodudur.

Lent.az-ın məlumatına görə, zavod bu günə qədər birdəfəlik şprislər istehsal edib.

Bu gün isə tamamilə fərqli və yeni istehsal xəttini quraraq COVID – 19 PZR testlərinin istehsalına başlayıb.

“Diamed” zavodunun istehsal etdiyi yerli COVID PZR testlərinin bir neçə vacib üstünlükləri var:

İlk növbədə ölkədən böyük məbləğdə valyuta axının qarşısı alınacaq

İkinsici, məhsullarımın qiymətlərinin aşağı olması ölkədə aparılan COVID testlərinin də qiymətinin aşağı düşməsinə səbəb olacaq.

Kantaminasiya riskinin təmamilə olmaması, pasientlərdə yanlış pozitiv nəticələrin olmasını aradan qaldıracaq.

Həmçinin bu reagentlərlə cəmi 1 saata, sadə COVID-19-la yanaşı onun mutasiyalarını da təyin etmək mümkün olacaq.

Azərbaycanda COVID-19 PZR testlərinin istehsalı başladı -

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2574
avatar

Oxşar yazılar