Azərbaycanda 5 günlük bayram tətili  başladı
08 noyabr 2023 00:30 (UTC +04:00)

Azərbaycanda 5 günlük bayram tətili başladı

Azərbaycanda 5 günlük bayram tətili başlayıb.

Lent.az-ın xəbərinə görə, Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.

İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr (cümə) iş günü ilə 4 noyabr (şənbə) istirahət gününün yerləri dəyişdirilib.

Qeyd edək ki, 8 noyabr Zəfər Günü, 9 noyabr Bayraq Günüdür. 11 noyabr şənbə, 12 noyabr bazar günüdür. Beləliklə, 5 gün ardıcıl (8, 9, 10, 11, 12 noyabr) iş olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5118
avatar

Oxşar yazılar