Tanınmış jurnalist Anar Cəbrayıllı yeni vəzifəyə təyin olunub.
Lent.az xəbər verir ki, bu barədə "Asan Xidmət"in mətbuat katibi Elnur Niftəliyev sosial şəbəkədə paylaşım edib.
Məlumata görə, A.Cəbrayıllı İpoteka və Kredit Zəmanət Fondunun Kommunikasiya və informasiya təminatı xidmətinə rəis təyin olunub.
A.Cəbrayıllı daha əvvəl uzun müddət “Azərsu” ASC-nin mətbuat katibi vəzifəsində çalışıb.