Kərbəla döyüşündə azərbaycanlı iştirak edib?
28 avqust 2020 19:26 (UTC +04:00)

Kərbəla döyüşündə azərbaycanlı iştirak edib?

Avqustun 30-da məhərrəm ayının Aşura (10-cu gün) hadisəsi qeyd olunacaq.

Məlumdur ki, Aşura hadisəsi İmam Hüseyn əleyhissəlamın adı ilə bağlıdır. İlk növbədə bilməliyik ki, hicrətin 61-ci ilinin məhərrəm ayında Kərbəlada baş verənlər, İslam tarixində mühum hadisələrdən sayılır.

Bəs vaxtilə Kərbəlada baş vermiş döyüşdə Azərbaycandan olan kimsə iştirak edibmi?

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, AMEA-nın doktorantı Samid Quliyev Lent.az-a bildirib ki, hicrətin 61-ci ilində, məhərrəm ayının 10-cü günündə baş vermiş döyüşdə azərbaycanlının iştirak etməsi haqqında Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərində məlumat verilib: “Hədiqətüs-süəda” bədii əsərdir, orada qeyd olunan bir çox məqamlar tarixi faktlarla üst-üstə düşmür. Həmin əsərdə Müslüm Azərbaycani kimi qeyd olunan şəxs əslində ərəb mənşəlli Bəni-Əsəd qəbiləsindən olan Ovsəcə oğlu Müslümdür. Klassik şairimiz Məhəmməd Füzuli əsərdə Müslümün azərbaycanlı olduğunu qeyd edib.

Digər mənbələrdə isə Süleyman, Səlim və ya Əsləm adı ilə keçmiş bir şəxs “Turki” olaraq qeyd olunub. Bu şəxsin kimliyi barədə araşdırma apardıqda əslən Qəzvindən, Deyləm türklərindən olan Əmr oğlu Əsləmdir. Onun düzgün və gözəl səslə “Quran” oxuması ilə yanaşı, güclü döyüşçü olması göstərilib.

Mənbələrdə İmam Hüseynin bir neçə şəhidin üzərinə gəlib vidalaşması səhnəsində məhz Əsləm Turkinin də adı qeyd edilib. Əsləmin döyüş meydanında rəcəz oxuması da bu günə qədər dillər əzbəridir. Həmin rəcəzin tərcüməsi belədir ki, vurduğum zərbələrdən dənizlər qaynaşar, atdığım oxlardan səma tutular. Qılıncım əlimdə görünəndə, həsədli və təkəbbürlü düşmənin qəlbi yarılar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15840

Oxşar yazılar