Bakı Nəqliyyat Agentliyi bu günlərdə marşrut avtobusları üçün sürücü tələb olunması barədə vakansiya elan edib. Agentliyin tabeliyində fəaliyyət göstərmək istəyənlər işə başlamaq üçün necə və hara müraciət etməlidir? Namizəd sürücülər hansısa təcrübə proqramlarından keçirmi?
BNA-nın mətbuat katibi Mais Ağayev Lent.az-a açıqlamasında sürücülərin müraciət etmə qaydalarına aydınlıq gətirib:
“Peşəkar sürücülərə ehtiyac var. Bununla bağlı bir neçə dəfə elan vermişik. Müvafiq kateqoriyada sürücülük vəsiqəsi olan və bizimlə əməkdaşlıq etmək istəyən şəxslərin “BakuBus”a müraciət etmələri xahiş olunur. Onlar bu müraciətlərindən sonra müvafiq təcrübə proqramlarına cəlb ediləcəklər. Təcrübə proqramlarından uğurla keçən namizədlər sürücü kimi işə başlaya bilərlər”.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi vakansiyası ölkəyə gətirilən yeni avtobuslarla bağlıdır.