65 nəfərin diplomu tanınmadı - SƏBƏBİ MARAQLIDIR
02 avqust 2022 15:36 (UTC +04:00)

65 nəfərin diplomu tanınmadı - SƏBƏBİ MARAQLIDIR

İyul ayı üzrə xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə hesabat açıqlanıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Lent.az-a bildirilib ki, iyul ayı üzrə 415 müraciətçinin 350-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 21, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 18, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 181, Türkiyə Respublikasından 100, Ukraynadan 55, Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 113, hüquqşünaslıq üzrə 28, iqtisadiyyat üzrə 26, biznesin idarə edilməsi 22, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 16 gün təşkil edib.

Əlavə olaraq bildiririk ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3849
avatar

Fidan İlqar

Oxşar yazılar