“2 milyon manat toplamışdım”  - "12-ci imam"ın zəkat yığanı
13 sentyabr 2022 18:31 (UTC +04:00)

“2 milyon manat toplamışdım” - "12-ci imam"ın zəkat yığanı

40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən bugünkü iclasda zərərçəkmiş Samir Cəfərov ifadə verib.

Samir Cəfərov cinayət işi üzrə ona 149 min manat ziyan dəydiyini iddia edib: “Aqil Babayevlə 2012-ci ildə qardaşım vasitəsilə tanış olmuşam. Özüm ibadətlə məşğul olduğum üçün təşkil etdiyi dini məclislərdə iştirak etdim. Həmişə 12-ci imam olması barədə işarələr verirdi. Bir gün də məni çağırıb onun 12-ci imam olmasını qəbul edib-etmədiyimi soruşdu, dedim bəli, edirəm. 2014-cü ildə 6 mərtəbəli bina evi tikməyə başlamışdım. Aqil Babayev həmin vaxt gəlib tikilən evin 2-ci və 3-cü mərtəbələrini ona satmağımı istədi. 8 evə görə 448 min manat verməli idi, 210 min manatını verdi, digər hissəsi qaldı. Mənzili başqa bir nəfərlə şərik tikirdik, ona görə qalan pulun yarısını 149 min manatı mənim idi. Hələ də pulu ala bilməmişəm”.

Samir Cəfərov ifadəsinin davamında 2016-cı ildən Aqil Babayevin zəkat və fitrə toplamaq işini ona həvalə etdiyini deyib. Zərərçəkmiş şəxsin dediyinə görə, həmin ildən Aqil Babayevin cinayət əməli üzə çıxana qədər ümumilikdə 2 milyon manat zəkat pulu toplayıb: “Ayda minimum 10 min zəkat yığılırdı. Elə olurdu ki, 15-20 minə çatırdı. Hər ayın 15-i pulu yığıb Aqil Babayevə təhvil verirdim. Bundan başqa, qurbanlar kəsilirdi ki onda da pul yığılırdı, fitrə pulu üçün pul yığılırdı. Bunun doğum günlərində 100 min manatlıq hədiyyələr alınırdı, musiqiçilərə 10 min manat verirdik. Keçən dəfə danışanda elə pullardan danışırdı ki, elə bil bu Abramoviçdi...”

Vəkilin sualını cavablandıran zərərçəkmiş şəxs zəkat pullarının könüllü ödənildiyini bildirib.

Məhkəmə iclası növbəti tarixə təyin olunduqdan sonra zalda oturan zərərçəkmiş şəxslər Aqil Babayevi və onun vəkili Ceyhun Yusifovu təhqir ediblər.

Məhkəmə heyəti və təqsirləndirilən şəxs zaldan çıxdıqdan sonra zərərçəkmişlər vəkil Ceyhun Yusifova hücum ediblər.

Məhkəmə nəzarətçiləri insidentin qarışını alaraq vəkili arxa qapıdan çıxarıblar.

Proses sentyabrın 27-də davam etdiriləcək. Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.

# 1638
avatar

Oxşar yazılar

Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45
Sabah bu yollar  buz bağlayacaq   - HAVA PROQNOZU

Sabah bu yollar buz bağlayacaq - HAVA PROQNOZU

7 dekabr 2022 , 12:20
Nikahdan əvvəl  cinsi əlaqə   cinayət hesab ediləcək

Nikahdan əvvəl cinsi əlaqə cinayət hesab ediləcək

6 dekabr 2022 , 19:57
Normal havada  duman işıqlarını   yandırmaq olar?

Normal havada duman işıqlarını yandırmaq olar?

6 dekabr 2022 , 18:43
Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

6 dekabr 2022 , 17:08
Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

6 dekabr 2022 , 13:18
Sabah bu ərazilərə  qar yağacaq   - HAVA PROQNOZU

Sabah bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU

6 dekabr 2022 , 12:24
İlon Mask

İlon Mask Bakıya gəlir?

6 dekabr 2022 , 10:55