Bakı zooparkına nadir heyvanlar gətirilib –
24 iyul 2012 13:30 (UTC +04:00)

Bakı zooparkına nadir heyvanlar gətirilib –

Alpaka vəhşi alpakalardan törəmiş, Cənubi Amerika dəvələrinin əhilləşdirilmiş növüdür. Görünüşü qoyuna bənzəsə də, ölçüləri daha böyükdür. 3 rəngdə olan heyvanlar onlar üçün hazırlanmış ayrıca qəfəsə salınıb.

Çox az sayda zooparkda rast gəlinən ağ kenquru isə Çexiya zooparkından gətirilib. Hələlik təzə gətirildiyi üçün su quşları hamısı bir qəfəsə salınıb.

Zooparkın direktoru Azər Hüseynov Lent.az-a açıqlamasında bildirib ki,
yeni gətirilən heyvanlar mübadilə əsasında alınıb: “Çexiya ilə mübadilə əsasında yeni heyvan və quş növləri almışıq. Hərəsindən 3 baş olmaqla 5 növ heyvan növü parkımızda ilk dəfə gətirilir. Bu heyvanların qonaqların marağına səbəb olacağına əminik”.

Azər Hüseynov bildirib ki, 4 gün bundan əvvəl gətirilən heyvanlar artıq özlərini yaxşı hiss edirlər: “Yeni gətirilən heyvanların mühitə öyrəşməsi üçün müxtəlif tədbirlər də görülüb. Əsas odur ki, heyvanlar sağ-salamat gətirildi. İndi onlar karantində saxlanılır. Yeməkləri, suları da lazımınca verilir. Artıq mühitə öyrəşməyə başlayıblar”.

Direktor bildirib ki, mübadilə əsasında alınan heyvanların əvəzində Bakı Zooparkından qartallar veriləcək.

Azər Hüseynov onu da əlavə edib ki, 20 gün bundan öncə Kişinyovdan zooparka vaşaq, qızılı-gümüşü qırqovul gətirilib. Danışıqların davam etdirildiyini deyən direktor yaxın vaxtlarda yeni heyvanların gətirilməsinin planlaşdırıldığını deyib.

İyulun 1-dən etibarən yay rejiminə keçən Zoopark İdarəsi istilərlə əlaqədar olaraq yeni tədbirlər görüb. Parkda yaşıllıqlar artırılıb, su hovuzları təmir olunub.

Jalə
# 2343

Oxşar yazılar