Nuşirəvan Məhərrəmli telekanallardan yenə şikayətləndi
23 iyul 2012 12:25 (UTC +04:00)

Nuşirəvan Məhərrəmli telekanallardan yenə şikayətləndi

Lent.az-ın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ilk serialların efirdə olmasına baxmayaraq, bu, qanedici səviyyədə deyil: “Hələ ki, müəyyən problemlərimiz var. Dövlət yerli serialların inkişafı üçün ilkin dəstək verilib. Gələcəkdə yenə dəstək olacaq. Amma bu, hər il olmayacaq. Dəstək televiziyalarımız ortaya keyfiyyətli məhsul çıxartdığı təqdirdə veriləcək. Çalışacağıq ki, özümüzə məxsus prodakşnlar yüksək səviyyəyə çatsınlar. Bu zaman məhsullar da keyfiyyətli alınacaq”.

Şura sədri cizgi filmləri və uşaq filmlərinə münasibət bildirərək, bu sahənin Azərbaycanda yox olduğunu söyləyib: “Çox təəssüflə qeyd edərdim ki, bu sahə bizdə yoxdur. Biz telekanallara da deyirik ki, heç olmasa ildə bir cizgi film və ya uşaq filmi çəksinlər. Bizim uşaqlar ancaq xaricdə istehsal olunan filmlərə baxırlar. Bunu öz ölkəmizdə inkişaf göstərilməsi üçün müvafiq addımlar atılacaq”.

Jalə
# 432

Oxşar yazılar