Şəkinin inkişafına 5 milyon manat ayrıldı
Lent.az-ın prezidentin saytına istinadən verdiyi məlumata görə, sərəncamda Şəki şəhər İcra Hakimiyyəti Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Şəkinin milli memarlıq ənənələrinin və üslubunun qorunub saxlanması şərtilə, tarixi-memarlıq abidələri və onların mühafizə zonaları, əhali artımı, yeni yaşayış, istirahət, idman kompleksləri, əhaliyə mədəni-məişət xidməti, şəhərdaxili nəqliyyat, mühəndis-kommunikasiya şəbəkələri, kommunal təsərrüfatı və sənaye-istehsal sahələrinə aid obyektlərin yerləşdiyi ərazilər nəzərə alınmaqla, şəhərin inkişafı və aparılacaq abadlıq-quruculuq işləri barədə bir ay müddətində təkliflər hazırlayıb, Şəki şəhərinin baş planına daxil edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilməsi bildirilir. Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Şəki Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 (beş) milyon manat vəsait ayrılsın.
Nazirlər Kabinetinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Şəki şəhər İcra Hakimiyyətinin müvafiq nazirlik, dövlət komitəsi və idarələrlə razılaşdırılmış təklifləri əsasında Şəki şəhərinin 2030-cu ilə qədərki dövrdə inkişafına dair baş planın təsdiqi üçün zəruri tədbirləri iki ay müddətində həyata keçirmək tapşırılıb. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53