Torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib
Dövlət Sosial Müdafiə Fondu qeyri-büdcə sektoru üzrə proqnozu 100,34 faiz icra edib
İlkin məlumatlara əsasən, 2011-ci ilin yanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1337,5 mln manat təşkil edib. DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan Lent.a-a verilən məlumata görə, bu, 2010-cu ilin müvafiq dövrünə nisbətən 212,9 mln. manat və ya 18,9 faiz çoxdur.
Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilin müvafiq dövrünə nisbətən 12,4 faiz və ya 85,1 mln. manat artaraq 774,5 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,7 faizi və ya 455,0 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 13,1 faiz və ya 52,6 mln. manat artmış, proqnoz isə 100,34 faiz icra olunub.
Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə fiziki şəxslər üzrə daxilolmalar 14,2 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 19,9 faiz artıb. Bu ilin yanvar-avqust aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 319,4 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz və ya 32,5 mln. manat artıb.
Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. Yanvar-avqust aylarında DSMF-nin xərcləri 1321,3 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1291,6 mln. manat vəsait yönəldilib k bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 202,8 mln. manat və ya 18,6 faiz çoxdur. Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə nisbətən 18,7 faiz və ya 198,1 mln. manat artaraq 1256,0 mln. manat təşkil edib.
Bu ilin ilk 8 ayında əhaliyə 35,6 mln. manat məbləğində müavinət ödənilib. Bunun 32,7 faizi hamiləliyə və doğuma görə, 27,0 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilib. 17,8 faizi dəfn, 19,6 faizi isə digər müavinətlərin payına düşür.

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53