Temperatur 26 dərəcəyə qədər azalacaq
11 sentyabr 2011 00:10 (UTC +04:00)

Temperatur 26 dərəcəyə qədər azalacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 11-də əsasən gecə və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 23-28 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 355

Oxşar yazılar