Ölkədə qeyr-rəsmi nikahdan doğulan uşaqların sayı 4 dəfə artıb
Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, əgər 2000-ci ildə rəsmi qeydə alınmış nikahdan kənar doğulan uşaqların sayı 6 282 nəfər idisə, 2010-cu ilin sonuna bu göstərici 25 385 nəfərə çatıb. Onlardan 11 517 nəfəri şəhər, 13 868 nəfəri isə kənd yerlərində dünyaya gəlib. Son 10 ildə şəhərdə nikahdan doğulan uşaqların sayı 3 dəfə, kənd yerlərində nikahdan kənar dünyaya gəlmiş uşaqların sayı isə 5,7 dəfə artıb.
Son 10 il ərzində nikahdan kənar dünyaya gələn uşaqların rekord göstəricisi 2004-cü ildə qeydə alınıb. Belə ki, həmin il bu göstərici 26 669 nəfər təşkil edib.
Qeyd edək ki, 2010-cu ildə Azərbaycanda 165 643 nəfər uşaq dünyaya gəlib. Son 10 il ərzində doğulan körpələrin sayı 42% artıb. Bir yaşınadək uşaqların ölüm hallarına gəldikdə isə, son 10 il ərzində ölən körpələrin sayı cəmi 2,8% azalaraq 1 843 nəfər təşkil edib. Uşaqların ölümünün əsas səbəbləri tənəffüs orqanlarının xəstəlikləri, perinatal dövrdə meydana çıxan hallar, bəzi infeksion və parazitar xəstəliklər, inkişaf qüsurları, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri olub.

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53