Şeyxülislam: “Onlar öz daxillərindəkini görmürlər...”
“Məni narahat edən odu ki, bu adam bu qədər şəxsi öldürüb, amma öz günahını bilmir. Belə hadisələrin arxasında həmişə islamı axtarırlar. Harada belə bir şey baş verirsə, orada islamı axtarırlar. Ancaq öz daxillərindəkini görmürlər. Onlar mənəvi cəhətdən boşdur. Buna görə də belə hadisə baş verir. Norveçdə baş verən hadisə bizi də narahat edir”.
Lent.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə bu gün Ramazan ayının başlaması ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, prezident İlham Əliyev də PKK terror təşkilatı ilə bağlı dünən öz fikirlərini deyib: “Azərbaycan terrorun bütün hallarını pisləyir”.
H. A. Paşazadə, həmçinin, 22 iyul mətbuat günü ilə bağlı jurnalistləri təbrik edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov da öz çıxışına jurnalistlərin bu günlərdə qeyd etdikləri peşə bayramını təbrik edərək başlayıb.
Komitə sədri deyib ki, rəhbərlik etdiyi quruma daxil olan şikayətlərin əksəriyyəti bəzi məscidlərdə Məhərrəmlik ayının keçirilməsinə süni əngəllər yaradılması ilə bağlıdır: “Hər bir din xadimi dini ayinlərin yerinə yetirilməsinə özü nəzarət eləməlidir”.
H. Orucov bildirib ki, bu bayram yalnız dindarların deyil, həmçinin, bütün Azərbaycan xalqının bayramıdır: “Bu bayram bütün ay boyu yüksək səviyyədə qeyd olunacaq, sonda isə iki gün bayram olacaq”.
Anar GƏRAYLI

Oxşar yazılar

Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53