TQDK Dövlət Sərhəd Xidməti Akademiyasına əlavə müsabiqə elan etdi
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi müraciətinə əsasən, Dövlət Sərhəd Xidməti Akademiyasının bir sıra ixtisasları üzrə əlavə müsabiqə elan edib. TQDK-nın mətbuat xidmətindən Lentaz-a verilən məlumata görə, əlavə müsabiqə gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi (I qrup üzrə) və uçuş mühəndisliyi (I qrup üzrə) və dövlət və bələdiyyə idarəetməsi (II qrup üzrə) ixtisasları üzrə elan olunub.
Müsabiqədə 2011/2012-ci tədris ili üçün mülki ali təhsil müəssisələrinə I və II ixtisas qrupu üzrə qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış (riyaziyyat fənni üzrə nisbi balı 10-dan az olmayan) oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək istəyənlər 2011-ci il iyulun 28-dən avqustun 5-dək Dövlət Sərhəd Xidmətində yaradılmış Sənəd Qəbulu Komissiyasına müraciət etməlidirlər.

Oxşar yazılar

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04