Yaponiya və Azərbaycan seysmoloqları əməkdaşlığa başlayırlar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, bununla bağlı Yaponiyanın Şineyei Kaisa şirkətinin meneceri Amano Ryo və “Oyo İnternational” şirkətinin eksperti Takahaşi Masakazu Azərbaycana səfər ediblər.
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində keçirilən görüşdə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli, baş direktorun elmi məsələlər üzrə müavini Azay Rzayev, Seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin müdiri Tahir Məmmədli, elmi əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, eləcə də “Şineyei Kaisa” şirkətinin MDB və Türkiyə regionu üzrə meneceri Xaqani Məlikov iştirak ediblər.
Görüşdə Azərbaycandakı seysmoloji tədqiqatların və potensial zəlzələlərə qarşı hal-hazırkı vəziyyətin öyrənilməsi, texniki əməkdaşlıq çərçivəsində tərəflər arasında təcrübə mübadiləsinin aparılması kimi məsələlər müzakirə olunub. Görüşdən sonra yaponlar AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin telemetrik seysmik stansiyalarının iş prinsipi ilə yaxından tanış olub, AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə və direktorun elmi işlər üzrə müavini İbrahim Quliyevlə görüşlər keçiriblər. Yaponlar Fövqəladə Hallar Nazirliyində və Xarici İşlər Nazirliyində də olublar.

Oxşar yazılar

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04