“Azərsu”dan abonentlərə fırıldaqçılarla bağlı xəbərdarlıq
Özlərini “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edən fırıldaqçılar mənzillərə gedərək vətəndaşlardan su və kanalizasiya xidmətlərinə görə nağd pul tələb edirlər. Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, vaxtilə “Azərsu” ASC-də işləmiş və sonradan işdən çıxarılmış bəzi şəxslər də bu üsulla vətəndaşları aldadırlar.
Həmin insanlar buna görə istehlakçılara saxta qəbzlər təqdim etməkdən belə çəkinmirlər. Nəticədə vətəndaşların fırıldaqçılara ödədiyi pul onların hesabına oturmur və gələcəkdə “Azərsu” ASC ilə abunəçilər arasında mübahisələrə səbəb ola bilər.
Bu cür xoşagəlməz halların baş verməməsi üçün “Azərsu” ASC abunəçilərin nəzərinə çatdırır ki, heç bir halda nəzarətçilərə nağd pul ödəməsinlər, nəzarətçilərdən xidməti vəsiqələrini tələb etsinlər, vəsiqəsi olmayan şəxsləri mənzillərinə buraxmasınlar və onların müraciətlərini cavablandırmasınlar. Nəzarətçilər vəsiqələrini təqdim etmədikdə və digər qanunazidd hərəkətlərə yol verdikdə dərhal yerli Sukanal Sahələrini məlumatlandırsınlar.
Bunlarla yanaşı, Bakının ayrı-ayrı rayonlarında yaşayan abunəçilər su sayğaclarının quraşdırılması müqabilində onlardan 30-40 manat pul istənilməsindən şikayət edirlər. “Azərsu” ASC abunəçilərin nəzərinə çatdırır ki, əhali istehlakçı qrupu üzrə texniki şərtin verilməsi və sayğacların quraşdırılması pulsuzdur. Abunəçilərdən xahiş olunur ki, heç bir halda su və kanalizasiya xidmətlərinin haqqını nağd şəkildə nəzarətçilərə verməsinlər, ödənişləri poçt və bank şöbələrində aparsınlar.
Rayon Sukanal sahələrinin əlaqə telefonları:
Sabunçu Sukanal sahəsi 555-13-72: 429-62-96: 429-60-97
Suraxanı Sukanal sahəsi 477-73-12: 477-90-47: 477-09-26
Xəzər Sukanal sahəsi 454-08-13: 554-95-37: 554-95-38
Nizami Sukanal sahəsi 375-59-34: 375-54-61
Nəsimi Sukanal sahəsi 498-00-89: 498-00-85
Səbail Sukanal sahəsi 491-47-88: 492-44-47
Yasamal Sukanal sahəsi 432-01-34: 511-21-63
Xətai Sukanal sahəsi 379-20-86: 372-00-20
Nərimanov Sukanal sahəsi 562-48-74: 561-71-44:
Binəqədi Sukanal sahəsi 555-13-64: 555-13-65: 562-25-54
Qaradağ Sukanal sahəsi 445-07-27: 445-85-60
Abşeron Sukanal İdarəsi 342-12-57: 342-11-29
Sumqayıt Sukanal İdarəsi 4-44-41 5-09-03

Oxşar yazılar

İndi hərəkətə keçməli olan 4 BÜRC: Sonra çox gec olacaq
14 may 2025 , 00:02
Doğum evində 14 tibb bacısı eyni vaxtda hamilə qaldı
13 may 2025 , 19:59Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2025 , 19:07
Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04