Hüseyn Pənahov: “Amerikalı əsgərlərin hamısı ayağa durdu...” – MÜSAHİBƏ
Hüseyn Pənahov ABŞ-ın Nyu-York ştatında, Vest Pointdəki Hərbi Akademiyasında təhsil alan ilk Azərbaycan vətəndaşıdır. Tələbə həyatından danışan Hüseyn Pənahov ABŞ prezidentlərinin, müdafiə nazirlərinin tez-tez ABŞ-ın bu nüfuzlu təhsil ocağına baş çəkdiklərini söyləyir. Yay tətili üçün Azərbaycan gələn H.Pənahov Lent.az-a müsahibə verib.
- ABŞ-da Hərbi Akademiyada tələbə həyatı hansı özəllikləri ilə seçilir?
- Hərbi Akademiya ABŞ-dakı adi təhsil ocaqlarından seçilir. ABŞ-da Hərbi Dəniz Donanmasının Akademiyası, Hərbi Hava Qüvvələrinin Akademiyası və Sərhəd Qoşunlarının Akademiyası var. Onların içərisində ən qədimi 1802-ci ildə yaranan bizim oxuduğumuz Hərbi Akademiyadır. Bu Hərbi Akademiya quru qoşunları üzrədir.
Vest Pointdəki Hərbi Akademiyada adət-ənənəli qorumağa çalışırlar. Vest Point həm də ABŞ-ın tarixi bir yeridir. Bu ərazidə ABŞ-ın ilk hərbi bazası qurulub və bu hərbi baza Böyük Britaniya ilə müharibədə böyük rol oynayıb. İndi də çoxlu sayda turist gəlir, orada ABŞ-ın tarixi abidələrinə baxırlar. Hərbi Akademiyaya gələn Böyük Britaniya generalı deyirdi ki, amerikalılar Böyük Britaniya ilə müstəqillik uğrunda müharibə aparan zaman Ağ Evə qədər gedib yandırıblar, ancaq Vest Pointə gəlib çıxa bilməyiblər. Çünki amerikalılar Qudzon çayında hərbi tələ qurub, britaniyalıların gəmilərini batırıblar. Ona görə də britaniyalılar gəmi ilə hərbi dəstək gətirə bilməyiblər.
ABŞ-da vətəndaş müharibəsində də 54 zabitdən 53-ü Vest Pointdəki Hərbi Akademiyanın məzunu olub. Ümumiyyətlə, indi də ABŞ-da valideynlər övladlarını bu təhsil ocağına göndərəndə bir az fərqli düşünürlər. Düşünürlər ki, ABŞ üçün bunu edirlər.
Yaxşı cəhətlərdən biri odur ki, Hərbi Akademiyada təlimlər, məşq etmək üçün lazım olan qurğuların, binaların hamısı yaxınlıqdadır, uzağa getməyə ehtiyac yoxdur. Yemək yediyimiz məkan da yaxınlıqdadır. Yəni vaxt itirilmir. Elə quraşdırılıb ki, maksimum vaxt itkisi olmasın. İstirahət üçün də imkan var. Həm də Nyu-York şəhərində Vest Point uzaq deyil, 1 saat 10 dəqiqə ərzində Nyu-York şəhərinə getmək olar. Hərbi Akademiyanın klubları, teatrı da var. ABŞ-ın tanınmış musiqiçiləri də ora gəlir. Bir çox yerdən də sənətçiləri dəvət edirlər. Məsələn, Moskva Balet Teatrı, Çinin sirk ustaları da ora gəlmişdi. Yeni filmlər çıxanda orada kinoteatrda baxmaq olur.
Hərbi Akademiyanın ən böyük üstünlüyü resursların zənginliyidir. Bizim Hərbi Akademiyada xokkeydən tutmuş digər idman növlərinə qədər hamısında komanda var. Sənin idmana marağın varsa, orada idmanla məşğul olmağına, qabağa getməyinə imkan var. Mən hazırda 3-cü kursda oxuyuram. Akademik proqram da güclüdür, zabitlərinin hərtərəfli inkişafına imkan yaradır, dəstək verirlər.
- Bu təhsil ocağında dərs rejimi Azərbaycan ali təhsil müəssisələrindəki dərs rejimindən nə ilə fərqlənir?
- Mən Azərbaycan Dövlət Neft Akademiyasında BBA fakültəsində oxuyurdum. Bu fakültəni Rafiq Əliyev təsis edib, Lütfü Zadə də dəstək verib. Bu fakültədə oxuduğum vaxt da təhsilimiz ABŞ təhsili üzərində getməli idi. Burada kitablar kifayət qədər deyildi, surətini çıxarmalı idik. ABŞ-da belə problem heç vaxt olmur. Yəni Azərbaycanda kitab qıtlığı var. ABŞ-da kompüterlə bağlı da problem yoxdur. Hərbi Akademiyaya qəbul olunandan hamıya kompüter verirlər. Sonra istənilən işlə bağlı axtarış aparıb, akademik yazıları götürmək olur. Bu akademik yazılar adətən, pullu olsa da, güclü universitetlərdə bunu pulsuz edirlər. Sən artıq bu materialları pulsuz ala bilirsən.
Azərbaycanda təhsil daha rahat, yüngül idi. Ancaq Hərbi Akademiyada fərqlidir. Ümumiyyətlə, Vest Pointdəki Hərbi Akademiya dünyada ən çətin təhsil ocaqlarından biridir. Çünki burada səni həm hərbçi kimi yetişdirirlər, həm də gərək fiziki dərslər (üzgüçülük, boks, gimnastika və s.) götürəsən. Bunlar hamı üçün məcburidir. Döyüş dərsi də var ki, hamı bu dərsi götürməlidir. İdman növlərindən birini də özün seçirsən. Məsələn, mən açıq tennis dərsi götürdüm. Bunun üzərinə də seçdiyimiz akademik ixtisas üzrə dərslər gəlir. Mən beynəlxalq münasibətlər ixtisasını seçmişdim. Digər tərəfdən, Vest Pointdəki Hərbi Akademiya güclü mühəndislik məktəbi olduğu üçün hər il ABŞ və dünyada ən nüfuzlu universitetlərin siyahısında ön yerlərdə qərar tutur. Ona görə də bu ildən hamının mühəndislik dərsi götürməsi də məcburidir. Çünki sonra bu, daha yüksək bakalavr dərəcəsi almağa imkan verir. Burada akademik proqram da çox çətindir. Gərək hamı ən azı 2 semestr fiziki dərs, 4 semestr xarici dil dərsi, 3-4 semestr riyaziyyat dərsi götürsün. Bir çox fənn var ki, seçilən ixtisaslardan asılı olmayaraq, hamı götürməlidir. Yəni təhsil daha çətindir, tələblər çoxdur. Amma yaxşı tərəfi də odur ki, adekvat qiymətləndirmə var. Mən istənilən vaxt internet səhifəsində qiymətlərimi yoxlaya bilərəm. Tutaq ki, bu gün dərsə getdim, hazır deyildimsə, müəllim nə isə soruşub onu qiymətləndirəndə mən artıq internet səhifəsində cavabımı yoxlaya bilirəm. Bilirəm ki, hazırlaşmadığım halda qiymətim aşağı olur, hazırlaşanda isə qiymətim yuxarı qalxır. Bu, məsuliyyət hissi yaradır ki, yaxşı hazırlaşım.
- Bu Hərbi Akademiyada təhsil alan ilk Azərbaycan vətəndaşısınız. Sizə necə yanaşırlar, müşahidələriniz nə göstərir?
- Amerika bir dövlət kimi öz qısa tarixində çox böyük uğurlara nail olub. Təəssüf, ki bu bəzən amerikalıların digər dövlətlərə yuxarıdan aşağı baxmaqlarına yol verir. Bunu xüsusilə hələ dünya görüşü genişlənməmiş birinci kurs tələbələri arasında görmək olur.
Amma sonra xaricilərin dünyagörüşü artdıqca bu baxışlar da aradan qalxır, çünki Vest Point dünyagörüşünü genişləndirir. Bizim Hərbi Akademiyada oxumağa cəlb olunmağımızda da məqsədlərdən biri odur ki, ABŞ təcrid olunmasın, orada oxuyan amerikalıların dünyagörüşü artsın, başqa xalqları yaxından tanısınlar. Mən təzə gələndə orada Azərbaycanı tanımırdılar. Deyəndə ki, postsovet ölkəsindənəm və rus dilini bildiyim üçün məni rus sayırdılar. Sonra deyəndə ki, adım Hüseyndir, arabir oruc da tuturdum, streotipləşdirmə gedirdi ki, Yaxın Şərqdən gələn bir müsəlmandır. Bu iki streotip çaşqınlıq yaradırdı. Sonra məni özümə görə tanıdılar, dostlarım, tanışlarım oldu, çox yaxşı münasibətlərimiz var. Tanışlıq bu streotipləri dağıdır. Başa düşürlər ki, postsovet məkanında yaşayan bütün insanlara rus kimi yanaşmaq olmaz. Yaxud Yaxın Şərqdə hamını eyni streotipləşdirmək olmaz, fərqləri görürlər.
- Hərbi Akademiyanı bitirəndən sonra hansı ixtisasın sahibi olacaqsınız?
- Həm bakalavr dərəcəsi, həm də hərbçi kimi leytenant rütbəsi alacağam.
- Bu təhsil ocağında hansı millətlərin nümayəndələri var?
- Hərbi Akademiyada təxminən 4 min 300 tələbə oxuyur. Akademiyada eyni anda 60 nəfər xarici tələbə oxuya bilər və bu, Konqresin icazə verdiyi həddir. Bu o deməkdir ki, Vest Pointdəki Hərbi Akademiya hər il 15 xarici tələbə qəbul edir. Bir ölkədən də 3 nəfərdən çox tələbə oxuya bilməz. Baxmayaraq ki. bu yaxınlarda Gürcüstan üçün istisna edilib, bu ölkədən 4 tələbə Hərbi Akademiyada təhsil alır. Adətən, hər ölkədən 1 nümayəndənin oxumasına üstünlük verirlər ki, çox ölkənin nümayəndələri olsun. Bizdə Sinqapurdan, Rumıniyadan, Sloveniyadan, Serbiyadan, İordaniyadan, Qazaxıstandan, Gürcüstandan, Kolumbiyadan, Perudan, Puerto Rikodan uşaqlar var. Düzdü, Puerto Riko xüsusi statusla gəlib, onlara bəzən ABŞ-ın 51-ci ştatı kimi qəbul olunur. Onlar heç xarici ölkə vətəndaşı kimi deyil, amerikalı kimi gəlirlər. Başqa ölkələr də orada təmsil olunur. Bəzən olur ki, Kanadadan, Fransadan gəlirlər. Ancaq onlar qısa müddətli gəlirlər. Çünki onların öz hərbi akademiyalarında təhsil fərqli olduğu üçün uzun müddətli gələ bilmirlər.
Bizdə sinif deyirlər, 2012-ci ildə qurtaracağımız üçün bizə 2012-ci ilin sinfi deyirlər. Bizim sinifdə 1000-ə qədər tələbə var. Bir sinif dedikdə söhbət bir yerdə sinfə getməyimizdən getmir. 2012-ci ilin sinfində 14 nəfər xarici tələb var. O tələbələrdən 2-si ayrılıb. Onlardan biri Perudan gəlmişdi, səhhətinə görə ayrıldı, Tayvandan gələn oğlanın da başqa problemləri oldu. Hərbi Akademiyada Hörmət Məhkəməsi və Ədalət Məhkəməsi var.
- Bu məhkəmələr hansı işlərə baxır?
- Tutaq ki, sən ev tapşırığını hazırlayanda kimdənsə köçürdünsə və ev tapşırığında bunu qeyd etmədinsə, bu, artıq ədalət qaydasını pozmaq sayılır. Buna görə də səni ən azı bir sinif cəzalandırıb, 1 il saxlayırlar, ya da qovurlar. Digər cəza növündə isə bizə saatlar verirlər. O zaman böyük bir meydan var və sən əlində silah o baş, bu başa gəzirsən. Bir gündə 5 saatdan sonra gəzmək olmaz. Həftə sonunda 10 saat gəzirsən. Bununla da istirahət vaxtı sən vaxtını boş-boş gəzməyə sərf edirsən, həmin vaxt sən istirahət də bilərdin. Orada ən əsas amil vaxtdır. Bir məqamı da qeyd edim. Hərbi Akademiyada 4 il ərzində hər yay ağır hərbi təlimlər olur. İlin qalan müddətində isə akademik dərslər üstünlük təşkil edir. Ümumiyyətlə, qiymətlərimizə baxanda, bu qiymətlərin 65 faizi akademik göstəricilərimizdən, 20 faizi fiziki göstəricilərimizdən, 15 faizi hərbi göstəricilərimizdən asılı olur. Akademik proqram ən çox vaxt aparır. Prinsip budur ki, hər bir zabitin düşünmə bacarığı olmalı, zehnini çalışdırmalıdır ki, yaxşı qərar verməyi bacarsın.
Yəni proqram ağır olduğundan həftə sonunda vaxtın elə boş sərf olunduğundan bu, böyük cəza sayılır. Meydanda boş-boş gəzəndə isə düşünməyə də vaxtın olur ki, sən nə üçün bu səhvi etmisən və bir də etməməlisən. Tayvandan gələn oğlanın 1-2 belə məhkəməsi oldu, sonra onu Hərbi Akademiyadan çıxardılar. Amma ümumilikdə, 60 nəfər xarici kursant var və bizim xüsusi klubumuz var. Gələn il də o klubun rəhbəri mən olacağam. Sonuncu dəfə seçki keçirildi, kolumbiyalı oğlan və mən namizəd idim, mən seçildim. Ayda bizim 2 dəfə görüşümüz olur. Hər dəfə bir xarici tələbə öz ölkəsi haqqında təqdim edir. Sonra da Hərbi Akademiya xərcini çəkməklə, yaxınlıqdakı bir restorandan öz ölkəsinin mətbəxi ilə bağlı yemək gətirir. Bəziləri də musiqi ilə ölkəsinin kiçik təqdimatını keçirir. Sonda ildə bir dəfə Beynəlxalq Gün olur. Həmin gün isə Hərbi Akademiyadakı binalardan birinin böyük bir mərtəbəsini bizə verirlər. Orada hər ölkənin otağı olur. Tutaq ki, mən həmin gün Azərbaycanla bağlı suvenirlər gətirirəm. Son iki ildə Azərbaycan muğam alətlərində ifa edən Cefferi Verboku dəvət etmişdim, sağ olsun, gəldi. Otağa Azərbaycanın, rayonlarımızın da şəklini qoyuram. Otaqda hər bir ölkənin xəritəsi, bayrağı, gerbi, əhali, mədəniyyət haqqında məlumat olur. Çalışıram ki, mətbəximiz də təmsil olunsun. İnşallah, gələn ilə daha yaxşı hazırlaşacağıq. Mən bu il üçün yaxşı planlarım var. Bu, yanvarın 18-də olacaq.
- Hərbi Akademiyada ermənilər var?
- Ermənistan vətəndaşları yoxdur, milliyətcə erməni olan ABŞ vətəndaşları var.
- Onlarla münasibətiniz necədir?
- Məndən yuxarı sinifdə ABŞ vətəndaşı olan 1 erməni oxuyur. Salam-sağ ol münasibtimiz var. Onunla mənim aramda qəzəbli mübahisələrin aparılması halı olmayıb. Beynəlxalq münasibətlər dərslərində Azərbaycanla bağlı təqdimat hazırlayanda həmişə erməni məsələsinə toxunuram. Görürəm ki, erməni təbliğatı artıq orada işləyib. Xüsusən, Türkiyə türklərinə münasibətdə bu, özünü qabarıq göstərir. Erməni diasporu “genosid” məsələsi üzərində çox çalışır. Hiss edirəm ki, amerikalılar da “genosid” məsələsi ilə bağlı çoxlu sual verirlər. Ermənilərin sayəsində amerikalıların məlumatları birtərəflidir və mən də bunu dəyişməyə çalışıram. Amma Hərbi Akademiyada milliyətçi erməni yoxdur. Çünki Hərbi Akademiyaya ABŞ vətəndaşı kimi gəldikləri üçün artıq amerikanlaşmış olurlar və Ermənistanı o qədər qabarda bilmirlər.
- Təhsilinizi başa vurandan sonra geri qayıdacaqsınız?
- Bəli. Təhsilimi başa vurandan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək istəyirəm. Çox istəyərdim ki, məndən sonra da Azərbaycandan çoxu gedib orada oxusun. Bu, qabaqcıl bir sistemdir.
- Kənardan Azərbaycan necə görünür?
- Çox fərqlidir. Məsələn, mənim azərbaycanlı kimi olimpiadalarda 2 idmançımızın qızıl medal qazanmasından qürur hissi duyduğum anlar olub. ABŞ-da isə kiçik qələbələr gözlərinə böyük görünmür, çünki çox böyük dövlətdir. ABŞ-ın Qış Olimpiya Oyunlarında 40-a yaxın medalı oldu. Amerikalılar dünya standartlarına yuxarıdan aşağı, biz aşağıdan yuxarı baxırıq. Orada fərqli bir mədəniyyətdir. Bizim üçün ən ağrılı məsələ Qarabağ problemidir. Amma amerikalılar üçün dünyanın hər tərəfindəki məsələyə həssas yanaşırlar. Məsələn, kimsə Çinlə, kimsə Latın Amerikası, kimsə də Yaxın Şərqlə ilə münasibətlərə həssas yanaşır. Çünki ölkə çox geniş olduğu üçün diapazon da çox genişdir, çoxlu fərqli marağı olan insanlar var.
Ümumiyyətlə, Azərbaycan üçün əlverişli bir imkan yaranıb ki, qabaqcıl ölkələrin birinə çevrilsin. Zəngin resurslarımız və beynəlxalq arenada kifayət qədər dəstəyimiz var. Müstəqil bir ölkə kimi özümüzü islahatlar apararaq qabaqcıl ölkəyə çevirmək imkanımız var.
- Yeri gəlmişkən, Pentaqon rəhbərliyində olan şəxslər Hərbi Akademiyaya gəlirlərmi?
- Gəlirlər. Çünki onların çoxu bizim Hərbi Akademiyanın yetirməsidir. Bir neçə gün əvvəl müdafiə naziri postundan istefa verən Robert Qeytsin ölkələrin daxili siyasəti ilə bağlı bir dərs zamanı gəldi. Robert Qeyts bizə də postundan gedəcəyini demişdi. O, ABŞ-ın gələcək xarici siyasəti ilə bağlı danışdı. Biz ona ABŞ xarici siyasəti, Yaxın Şərq, Rusiya ilə münasibətlərlə bağlı suallar verdik. 55 dəqiqə ərzində diskussiya formasında dərs keçdi. Çıxanda da bizimlə şəkil çəkdirdi. Eyni zamanda bizə koin verdi. Bu, üstü naxışlı, həmin şəxsin adı yazılmış sikkədir.
Hərbi akademiyanı bitirənlər gələcəkdə Pentaqon liderlərinin verdikləri qərarı yerinə yetirən zabitlər olacaq və Pentaqon rəhbərlərinin bu baxımdan hərbi Akademiyaya gəlmələri təbiidir.
Hərbi Akademiyaya sabiq prezident Corc Buş, iki dəfə prezident Barak Obama gəlib. Onlar xarici siyasətlə bağlı çıxış edir, vəziyyətin nə yerdə olduğunu bildirirlər.
- ABŞ hərbi bazasında təlimdə olmusunuz?
- Hərbi Akademiyada proqramlardan biri zabit kimi praktika keçməyimizi nəzərdə tutur. Yəni hərbi bazadakı zabitlərdən birinin işini müəyyən müddət sən görürsən. Bu işləri gördükcə təcrübə toplayırsan. Təcrübəni seçim üçün imkan verirlər. Mən təcrübəni ABŞ-da keçməyə üstünlük verdim, Cənubi Karolina ştatında 25 gün təcrübədə oldum.
- Təcrübədə olduğunuz vaxt maraqlı məqamlar oldu?
- Bir məqam oldu. Orduda sıravi və zabit korpusu var. Bakalavr dərəcəsi olmayanlar zabit ola bilməzlər. Kimsə orta məktəbi qurtarıb, orduda 5-10 il qulluq edəndən sonra çavuş olur. O, istənilən ən gənc leytenantdan aşağı ştatdadır. Baxırsan ki, 50 yaşı var, neçə ildir, orduda təcrübəsi var, artıq mütəxəssisdir, digəri 22 yaşında Hərbi Akademiyanı təzə bitirib, real hərbi təcrübəsi yoxdur, birinci gərək ikinciyə hərbi salam versin. Mən hərbi bazada olanda da bir komik vəziyyət yarandı. Sıravi heyətlə tanış olmaq üçün otağa daxil oldum. Çavuş qışqırdı: “Diqqət!” 20-30 nəfər əsgər idi. Amerikalı əsgərlərin hamısı ayağa durdu, mən də durdum. Gözləyirdim ki, içəri kimsə girəcək. Çünki kursantam, öyrənməmişəm. Mən çavuşa, çavuş mənə baxdı. Soruşdum ki, kimsə gəlir? Dedi ki, sən gəlmisən. Ondan sonra münasibətlər açıldı. Gənc zabitlərin belə şeylər başlarına gəlir...
Ramiz Mikayıloğlu

1991