Həmkarlar İttifaqı 3 ildə 3600 nəfəri pulsuz istirahətə göndərib
11 iyul 2011 15:48 (UTC +04:00)

Həmkarlar İttifaqı 3 ildə 3600 nəfəri pulsuz istirahətə göndərib

“Son üç il ərzində sanatoriya-kurort və istirahət ocaqlarında 56 mindən çox əməkçi və onların ailə üzvlərinin birgə istirahəti təşkil edilib. 3600 nəfərdən çox işçi yollayışlardan pulsuz istifadə edib”.


Lent.az-ın xəbərinə görə, bunu yap.org.az saytına müsahibəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Səttar Mehbalıyev deyib.


O, daxili imkanlar hesabına sanatoriya-kurort və istirahət müəssisələrində 90000 nəfərə yaxın əməkçi və onların ailə üzvlərinin müalicə və istirahətinin təmin olunduğunu qeyd edib: “2010-cu ildə 29000 nəfər sanatoriya-kurort və istirahət yollayışları ilə təmin edilib ki, bu da 2009-cu illə müqayisədə təqribən 2500 nəfər çoxdur. Bunların sırasında xarici ölkələrin vətəndaşları da kifayət qədərdir”.


Konfederasiya prezidenti deyib ki, Azərbaycan Həmkarlar İttifaqları işçilərin istirahətinin təşkili üçün hər il təqribən 11 milyon manat məbləğində vəsait xərcləyir: “Həmkarlar ittifaqı təşkilatlarının daxili imkanları hesabına təşkil olunmuş sanatoriya-kurort müalicəsi və istirahət nəzərə almaqla bu rəqəm 13 milyon manata yaxın olunub”.
# 498

Oxşar yazılar

Bölgələrə yağış və sulu qar  yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış və sulu qar yağıb - FAKTİKİ HAVA

4 may 2024 , 18:00
Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57