                        Temperatur 33 dərəcəyə çatacaq
                                    
                                    0
                                
                                    0
                                
                                Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində az buludlu, yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. 
Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 26-31 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərədə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyunun 11-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 28-33 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 18-23 dərəcə isti təşkil edəcək.