Yaşlı müəllimlər təqaüdə göndəriləcək
07 sentyabr 2009 17:00 (UTC +04:00)

Yaşlı müəllimlər təqaüdə göndəriləcək

Hazırda Bakı məktəblərində 4274 təqaüd yaşlı müəllim pedaqoji fəaliyyətini davam etdirir

Yaşlı müəllimlərin təhsil müəssisələrində çalışmasına yaxın vaxtlarda məhdudiyyət qoyulacaq. Artıq bu istiqamətdə müəyyən hazırlıqlara da başlanıb.
Təhsil Nazirliyindən Lent.az-a bildiriblər ki, artıq bir sıra şəhər və rayonlarda pensiya yaşı çatmış müəllimlərin siyahısı dəqiqləşdirilir. Amma yaşlı müəllimlərin məktəblərdə işləməməsi üçün yaş həddi hələ müəyyənləşməyib.

Nazirlikdə bildirirlər ki, bu məsələ Milli Məclisin son sessiyasında qəbul olunmuş “Təhsil haqqında” yeni qanun tələbləri çərçivəsində həll ediləcək. Lakin konkret yaş məhdudiyyəti qoyulsa belə, bu, hamıya şamil edilməyə bilər. Belə təklif var ki, pensiya yaşı çatmış, lakin fiziki və zehni qabiliyyətində qüsurları olmayan müəllimlər özlərinin istəyi olmadan işdən çıxarılmasın.

Xatırladaq ki, hazırda təkcə Bakı məktəblərində 4 min 274 müəllim təqaüd yaşındadır. Paytaxtdakı təhsil müəssisələrində çalışan müəllimlərin ümumi sayı isə 33 min 408-dir. Onların 3 min 641 nəfəri kişi, 29 min 767 nəfəri isə qadın müəllimlərdir.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801

Oxşar yazılar

Tanınmış jurnalist vəfat etdi

Tanınmış jurnalist vəfat etdi

22 aprel 2025 , 13:04
Sabah  29 dərəcə isti   olacaq, axşam yağış yağacaq  - Hava PROQNOZU

Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU

22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO

Bakının bir sıra yollarında təmir gedir - FOTO

22 aprel 2025 , 10:53
Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi

Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi

22 aprel 2025 , 10:42
Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19