Şeyxdən dindarlara dəstək
Allahşükür Paşazadə “Fatimeyi-Zəhra” məscidinin sökülməsinin doğru olmadığını deyib
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Bakıdakı “Fatimeyi-Zəhra” məscidinin sökülməsi ilə bağlı narahatlığa münasibət bildirib. Məsələ ilə bağlı bir neçə yerdən, o cümlədən məscid icmasından müraciət aldığını xatırladan Hacı Allahşükür Paşazadə heç bir halda Allah evinin sökülməsinə müsbət baxmadığını ifadə edib.
Bu barədə Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri Hacı İlqar İbrahimoğlu Lent.az-a açıqlamasında məlumat verib. Onun sözlərinə görə, sentyabrın 1-də mətbuat vasitəsilə şeyxə müraciət edərək “Fatimeyi-Zəhra” məscidinin taleyinə biganə qalmamağa çağırıb: “Aradan təxminən bir həftə keçəndən sonra cavab gəlib və bu cavab bizi qane edir. Çünki orada bildirilir ki, şeyxülislam mənim və ölkə dindarlarının narahatlığını bölüşür. O, hətta cümə xütbəsini bütünlükdə bu məsələyə həsr etdiyini və istənilən halda məscid sökülməsinin əleyhinə olduğunu deyib”.
Hacı İlqar İbrahimoğlu şeyxülislamın bu cavabının “Fatimeyi-Zəhra” məscidinin taleyində mühüm rol oynayacağı qənaətindədir. Onun sözlərinə görə, Hacı Allahşükür Paşazadə bu məsələyə hətta “bəzi məscidlər qanunsuz tikilibsə belə, dindarlara yox, dinə və Allaha xatir onlar qanuniləşdirilməlidir, bundan ötəri məscidləri sökməyə ehtiyac yoxdur” şəklində münasibət bildirib.
Elxan SALAHOV

Oxşar yazılar

Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53
Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi
22 aprel 2025 , 10:42
Bu gün 3 rayonun işığı kəsiləcək
22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq
22 aprel 2025 , 09:11