Təhlükəli oyuncaqlarla bağlı dövlət qurumlarına məlumat verilib
27 iyul 2009 18:00 (UTC +04:00)

Təhlükəli oyuncaqlarla bağlı dövlət qurumlarına məlumat verilib

Adıçəkilən qurumlara istehlak bazarında satılan təhlükəli oyuncaqların siyahısı göndərilib
Uşaq qidalarının və oyuncaqlarının normativ sənədlərə uyğunluğunu yoxlamaq və idxal edilən uşaq istehlak mallarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğunluğunu müəyyən etmək məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin keçirdiyi monitorinqlərin nəticələri haqda müvafiq dövlət qurumlarına məlumat verib.
Lent.az-ın Dövlət Komitəsinin rəsmi internet saytına istinadən yaydığı məlumata görə, monitorinqlər nəticəsində aşkarlanan nöqsanlar barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Dövlət Gömrük Komitəsinə məlumat verilib, adıçəkilən qurumlara istehlak bazarında satılan təhlükəli oyuncaqların siyahısı göndərilib.
Xatırladaq ki, Dövlət Komitəsi bir həftə əvvəl həmin təhlükəli oyuncaqların siyahısını açıqlayıb. Bura müxtəlif mağazalardakı “Tvins” nişanlı yumşaq “siçan”, çantada plastik “şax-şax” , plastik paketdə “şax-şax Baby”, “Toys toy,” metal “təyyarə”, plastik “oğlan” fiquru, rezin materialdan “dovşan” və “küçük”, plastik materialdan “gəlincik” oyuncağı, rezin materialdan “günəş” oyuncağı yumşaq oyuncaq “ayı balası”, plastik “yük maşını”, rezin “dovşan balaları” və s. daxildir.
Ramiz
# 452

Oxşar yazılar