Tələbə adını qazananların siyahısı DİN-ə və MTN-ə göndərildi
Xüsusi təyinatlı ali məktəblərinin III ixtisas qrupuna daxil olan ixtisasları üzrə sənəd vermiş abituriyentlərin nəticələri məlum oldu
2009/2010-cu tədris ili üçün Polis Akademiyası və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına sənəd vermiş abituriyentlər arasında III ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən müsabiqə keçirilib. Artıq müsabiqənin nəticələri də bəllidir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a bildiriblər ki, Polis Akademiyasına keçid balı 407, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına isə 423 bal olub. Müsabiqə nəticəsində həmin ali məktəblərdə təhsil alacaq tələbələrin siyahısı müvafiq olaraq Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinə göndərilib.
TQDK-da deyirlər ki, hər iki ali məktəbə sənəd vermiş və müsabiqədən keçmiş abituriyentlər müvafiq olaraq Daxili İşlər Nazirliyinin Polis Akademiyasına və Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycanda koronavirus daha 4 nəfəri öldürdü - SON STATİSTİKA
15 avqust 2022 , 23:20İsti havada işçini çöldə işlətməyin cəzası nədir? - CAVAB
15 avqust 2022 , 16:48
Onlar həmin gün evlənmir, ölü basdırmır və ... – Bu dini qəbul etmək çox çətindir
15 avqust 2022 , 15:15
Sabah çimərliklərdə suyun hərarəti 29 dərəcə olacaq - PROQNOZ
15 avqust 2022 , 14:19
Sabah 42 dərəcə isti olacaq - HAVA PROQNOZU
15 avqust 2022 , 12:22İsti hava ilə bağlı XƏBƏRDARLIQ : Bakıda hərarət 40 dərəcəyə çatacaq
15 avqust 2022 , 12:12
Koronavirusa gündəlik yoluxma -Yenə 500-ü keçdi
14 avqust 2022 , 17:02