Bir neçə şəhər və rayonda saxta ərzaq məhsulları aşkarlanıb
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti iyulun 6-da keçirdiyi monitorinqlər zamanı bir sıra ticarət məntəqələrində keyfiyyətsiz məhsulların satışını aşkarlayıb.
Bu barədə «APA-ECONOMICS»ə İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Yoxlamalar zamanı Bakı şəhəri, Xətai rayonunda «Bakı market»də, «Abşeron market»də, «Hobby market»də, «Ceyhun market»də və Bayram Abbasova məxsus topdansatış obyektində, həmçinin Gəncə şəhərində «Fərid market»də və Dəvəçi şəhərində Rəşid Əhmədova məxsus pərakəndə satış mağazasında ümumi çəkisi 600 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, süd və süd məhsulları, sərinləşdirici içkilər və s. aşkar olunub. Həmin məhsullar satışdan çıxarılaraq məhv edilib.
Qanunvericiliyin tələlərini pozmuş 7 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib və inzibati cərimələr tətbiq olunacaq.
Ümumilikdə, mayın 17-dən bu günədək aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 28 hüquqi şəxsə 108,5 min manat, 137 fiziki şəxsə 206 min manat cərimə tətbiq olunub.

Oxşar yazılar

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 , 18:13Sabahın tibbi-meteoroloji PROQNOZU
21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?
21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək
21 aprel 2025 , 16:45