KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqə ilə bağlı treninq-məşğələlərə başlanılıb
01 iyul 2009 18:15 (UTC +04:00)

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi müsabiqə ilə bağlı treninq-məşğələlərə başlanılıb

Bu gündən Azərbaycan Mətbuat Şurasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi layihə müsabiqəsi ilə bağlı treninq-məşğələlərə başlanılıb.Şuradan Lent.az-a verilən məlumata görə, treninq-məşğələlər qruplar üzrə keçirilir. Hər qrup üçün müddət 3 gün saat 10.00-dan 14.00-dək müəyyənləşdirilib.

Digər qrupun məşğələlərinə gələn həftənin ilk iş günündən start veriləcək.

Məşğələlər müstəqil ekspertlər – Aydın Kərimov və Nigar Atabəyli tərəfindən aparılır. Treninqin ilk günü tədbirə 30-dək KİV təmsilçisi qatılıb. Əvvəlcə iştirakçılara təlimin məqsədi, təşkili və iş qaydası haqqında söhbət açılıb. Sonra layihə təklifinin yazılması, müsabiqə qaydaları, layihələrin strukturu və mövzuları barədə məlumat verilib.

Treninq-məşğələlərdə qruplar üzrə layihə təklifinin hazırlanması, qrupların işinin təqdimatı və müzakirələrin aparılması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844

Oxşar yazılar