Köhnə hamam təmirdən çıxdı
01 iyul 2009 14:00 (UTC +04:00)

Köhnə hamam təmirdən çıxdı

Xırdalan şəhərində XIX əsrə aid qədim hamam əsaslı təmirdən sonra yenidən istifadəyə verilib. Nazirlər kabinetinin 2001-ci il 3 avqust tarixli sərəncamına əsasən yerli əhəmiyyətli tarixi abidələr siyahısına daxil edilən qədim hamam Xırdalan şəhər sakini, xeyriyyəçi Ağabala Xaliqov tərəfindən bərpa etdirib.

Abşeron Rayon İcra Hakimiyyətindən Lent.az-a bildiriblər ki, təmir işləri müvafiq qurumların rəsmi icazəsi və birbaşa nəzarəti altında aparılıb. Təmir zamanı binanın qədimliyi və şərq memarlıq üslubu, milli ornamentlər qorunub saxlanıb.

İcra hakimiyyətinin mədəniyyət şöbəsində deyirlər ki, bu tarixi abidə uzun müddət istifadəsiz qaldığından tam yararsız hala düşüb. Ancaq əsaslı təmir işlərindən sonra köhnə hamam müasir tələblərə cavab verən abidəyə çevrilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751

Oxşar yazılar