Samux polisi peşə bayramı ilə bağlı tədbir keçirib
30 iyun 2009 19:30 (UTC +04:00)

Samux polisi peşə bayramı ilə bağlı tədbir keçirib

Xidmətdə fərqlənən polis işçiləri mükafatlandırılıb

Samuxda 2 iyul - polis işçilərinin peşə bayramı günü ilə bağlı təntənəli tədbir keçirilib. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, tədbirdə Samux rayon Polis şöbəsinin şəxsi heyəti ilə yanaşı, İcra Hakimiyyəti başçısı Vilyam Hacıyev və digər rayon rəsmiləri, ictimaiyyət nümayəndələri də iştirak edib.

Burada çıxış edən rayon Polis şöbəsinin rəisi Mübariz Quliyev bütün şəxsi heyəti polis günü ilə bağlı təbrik edib. O bildirib ki, bu ilin ötən 6 ayında rayon ərazisində 78 cinayət hadisəsi baş verib. Onun da 70-nin üstü açılıb. Axtarışda olanların yaxalanması 60 faiz təmin olunub. Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 6 faktın üstü açılıb. Onlardan biri narkotik maddələrin yetişdirilməsi ilə bağlı olub. Mübariz Quliyev ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayət hadisələrinin sayının artdığını bildirsə də, onların üzərinin açılmasında bu il daha çox uğurun əldə edildiyini diqqətə çatdırıb. İstimai asayişin qorunması üçün gbrülən işlərin daha da genişq vüsət alacağını bildirib.

Tədbirdə hüquq mühafihə orqanında çalışmış veteranlar, Böyük Vətən Müharibəsi veteranları, rayon Prokurorluğu, Hərbi Komissarlığı və digər qurumların rəhbərləri də polis işçilərini təbrik ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə Polis şöbəsinin rəisi Mübariz Quliyevə fəxri fərman təqdim etdi, İcra Hakimiyyəti tərəfindən polis işçilərinin pul mükafatı ilə mükafatlanması barədə göstəriş verdi. Tədbirin sonunda xidmətdə fərqlənən polis işçiləri pul mükafatı ilə təltif edildi, bəzi polislərə verilən töhmət ləğv olundu.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1411

Oxşar yazılar