“QHT-lər haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlara əlavə və dəyişikliklər edildi
30 iyun 2009 19:00 (UTC +04:00)

“QHT-lər haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlara əlavə və dəyişikliklər edildi

Milli Məclisin iclasında “Qeyri-hökumət təşkilatları haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlara əlavə və dəyişikliklər layihəsi müzakirə edilib.

APA-nın xəbərinə görə, müzakirələrdən sonra hər iki layihə qəbul olunub.

“Qeyri-hökumət təşkilatları haqqında” qanunla bağlı dəyişikliklərə əsasən, QHT-lərin qeydiyyatına görə inzibati məsuliyyəti, məcburi qeydiyyatı, QHT üzvlərinin məcburi reyestrinin aparılmasını nəzərdə tutan müddəalar layihədən çıxarılıb, fondlarla bağlı nizamnamə kapitalı 50 min manatdan 10 min manatadək azaldılıb. Layihədə Azərbaycanda yaşayan əcnəbilərin QHT yaratmaq hüququ tanınır, həmçinin, QHT-lərin filial və nümayəndəlilərinin yaradılması üçün yeni norma müəyyənləşdirilib.

Layihədə qeyd olunub ki, xarici QHT-lərin Azərbaycanda fəaliyyətinin saziş əsasında həyata keçirilməsi nəzərdə tutulur. QHT-lərin auditinin aparılması təklifinin də layihədən çıxarılmasına qərar verilib. Bu dəyişikliklər nəticəsində “Dövlət rüsumu haqqında” qanuna təklif edilən əlavə və dəyişiklik layihəsi də avtomatik olaraq MM-in müzakirəsindən çıxarılıb.

“Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklər layihəsi isə heç bir dəyişiklik olmadan qəbul edilib.

Qeyd edək ki, iclasda ABŞ-ın Azərbaycandakı səfirliyinin, Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin və digər beynəlxalq təşkilatların təmsilçiləri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 839

Oxşar yazılar