QHT-lər haqqında qanuna dəyişikliklər paketi tamamilə yeniləşdi
29 iyun 2009 17:00 (UTC +04:00)

QHT-lər haqqında qanuna dəyişikliklər paketi tamamilə yeniləşdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Azərbaycan Media Mərkəzinin təşəbbüsü ilə Mərkəzin ofisində jurnalistlər üçün brifinq keçirib.

Şuradan lent.az-a verilən məlumata görə, brifinqdə A.Quliyev “QHT-lər (İctimai birliklər və fondlar) haqqında” Qanuna təklif edilən əlavə və dəyişikliklərlə bağlı növbəti yeniliklərin mahiyyəti barədə media nümayəndələri və QHT təmsilçilərinə məlumat verib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində qanuna əlavə və dəyişikliklərin bu gün yenidən müzakirə olunduğunu, ölkə ictimaiyyəti, vətəndaş cəmiyyəti təmsilçilərinin narahatlıqlarının və QHT-lərə Dövlət Dəstəyi Şurasının təkliflərinin nəzərə alındığını deyən Şura sədri 30 iyun 2009-cu ildə parlamentin iclasına tamamilə yeniləşdirilmiş təkliflər paketi çıxarılacağını bildirdi.

“Əminəm ki, qanunla bağlı cəmiyyətdə və QHT-lərdə olan narahatlığa bununla da son qoyulacaq və dəyişikliklər yalnız Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına xidmət edəcəkdir”, - deyən A.Quliyev jurnalistlərin çoxsaylı suallarını cavablandırdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1098

Oxşar yazılar