Hansı çimərliklər daha çox çirklənib? – XƏRİTƏ
29 iyun 2009 11:00 (UTC +04:00)

Hansı çimərliklər daha çox çirklənib? – XƏRİTƏ

Bir aydan çox davam edən monitorinqin nəticələri açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı Şəhər Sanitar Epidemioloji Stansiyası ilə birgə Bakı və Sumqayıt çimərliklərində apardığı monitorinqin nəticələrini açıqlayıb. Mayın 12-dən iyunun 18-dək aparılmış monitrinqin məqsədi çimərliklərdə ekoloji vəziyyəti öyrənmək olub.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinqlər zamanı çimərlik ərazilərindəki 50 nöqtədən 153 su nümunəsi götürülüb və onların üzərində 1032 fiziki-kimyəvi, kimyəvi və mikrobioloji təhlillər aparılıb. Araşdırma zamanı məlum olub ki, Gürgan və Novxanı bağları sahil zolağı ərazilərində mikrobioloji baxımdan zəif çirklənmə müşahidə edilir. Bunun səbəbi Gürgan yaşayış massivindən, Sumqayıtın 5 və 6-cı mikrorayon ərazilərindən, Corat, Saray qəsəbələrindən və bağ massivlərindən, Novxanı bağlarından daxil olan təmizlənməmiş çirkab sularıdır.

Əvvəllər daha çox çirklənməyə məruz qalan Novxanı-Sumqayıt sahil zolağında çirkab suların təmizlənməsi qismən təmin olunsa da, Sumqayıt istiqamətindən böyük həcmdə axıdılan kanalizasiya suları bu əraziləri çirklənməyə məruz qoyur. Şimal küləyi əsdikdə çirklənmiş ərazilərin sahəsi daha da genişlənir.

2007-2009-cu illərdə sahil zolağında keçirilən monitorinqlərin nəticələrinin müqayisəli cədvəli
s/s Nümunələrin götürüldüyü ərazilər Mikrobioloji çirklənmənin dərəcəsi.
Bağırsaq çöpü bakteriyalarının miqdarı (ədəd/litr)
2007 2008 2009
orta göstərici orta göstərici 12.05-18.06
1 Pirallahı qəsəbəsi, sahil zolağı ərazisi çirkli zəif çirkli normal
2 Dübəndi sahil zolağı ərazisi (hərbi hissənin arxası) normal normal normal
3 Dübəndi terminalı, Dübəndi bağları ərazisi zəif çirkli zəif çirkli zəif çirkli
4 Gürgan kəndi, Damba-2 çirkli zəif çirkli zəif çirkli
5 Gürgan kəndi, Damba-1 çirkli zəif çirkli zəif çirkli
6 Türkan çimərlik sahəsi zəif çirkli zəif çirkli normal
7 Hövsan çimərlik sahəsi çirkli çirkli çirkli
8 Şıx çimərlik sahəsi çirkli çirkli çirkli
9 Sahil çimərlik sahəsi çirkli çirkli çirkli
10 Mərdəkan-Şüvəlan istiqaməti çirkli çirkli normal
11 Şimal DRES-in ərazisi zəif çirkli zəif çirkli normal
12 “Mayak” istirahət sahəsinin yaxınlığı (qayalıqların yanı) normal normal normal
13 Mərdəkan sahil zolağı ərazisi, “Qızılqum” istirahət mərkəzi istiqaməti çirkli zəif çirkli normal
14 Mərdəkan sahil zolağı ərazisi, “Marian Bich” istirahət mərkəzi istiqaməti çirkli normal normal
15 Buzovna sahil zolağı ərazisi, “Əli ayağı” ziyarətgahı istiqaməti çirkli zəif çirkli normal
16 Buzovna Bioloji Təmizləyici Qurğusu ərazisi çirkli zəif çirkli normal
17 Buzovna sahil zolağı ərazisi, köhnə kənd istiqaməti çirkli zəif çirkli normal
18 Bilgəh sahil zolağı ərazisi (fərdi tikililərin yanı) zəif çirkli normal normal
19 Bilgəh sahil zolağı ərazisi (“Amburan” çimərliyi) zəif çirkli normal normal
20 Bilgəh Kardioloji sanatoriyasının ərazisi çirkli normal normal
21 Nardaran sahil zolağı ərazisi normal normal normal
22 Pirşağı sahil zolağı ərazisi. Qızılnohur və Şor göl istiqamətindən çirkli normal normal
23 Novxanı “Aqua park”dan 400 metr sağa çirkli çirkli zəif çirkli
24 “Aqua park”ın qarşısı çirkli çirkli zəif çirkli
25 “Aqua park”dan 300 metr sola çirkli çirkli zəif çirkli
26 Sumqayıt “Səma” İM-nin qarşısı çirkli çirkli çirkli
27 Sumqayıt “Gəmiqaya” İM-nin qarşısı çirkli çirkli çirkli
28 Sumqayıt “Diana” İM-nin qarşısı çirkli çirkli çirkli

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770

Oxşar yazılar