Sanitarlar gücləndirilmiş rejimdə işləyir
Yaya mövsümünün başlanması zəhərlənmə və infeksion xəstəliklərin yayılma riskini artırıb
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yay mövsümünün başlanması ilə ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Belə ki, dövlət sanitar xidməti orqanları qida zəhərlənmələrinin, infeksion xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə xüsusi tədbirlər görəcək.
Mərkəzdən Lent.az-a bildiriblər ki, gücləndirilmiş iş rejimi sentyabrın ortalarınadək davam edəcək. Bu müddət ərzində satış obyektlərində qida məhsullarının keyfiyyətinə nəzarət gücləndiriləcək, küçə ticarətinin qarşısının alınması üçün mütəmadi reydlər keçiriləcək. Bundan başqa, xüsusi ekspedisiya qrupu çimərliklərdə daimi yoxlama və monitorinqlər aparacaqlar.
Mərkəzdə deyirlər ki, havaların isti keçməsi, çimərlik mövsümünün başlanması infeksion xəstəliklərin yayılması ehtimalını bir qədər də artırıb. Bu səbəbdən bütün dövlət sanitar xidməti orqanları xoşagəlməz hadisələrin baş verməməsi üçün əlaqələndirilmiş formada fəaliyyət göstərəcəklər. Xüsusən tez xarab olan ərzaq məhsullarının satışdan çıxarılması, yoluxucu xəstəliklərin yayılması riskinin azaldılması istiqamətində mütəmadi monitorinqlər keçiriləcək.
Elxan SALAHOV

Oxşar yazılar

Martın ikinci yarısı karyerasında şanslı olacaq BÜRCLƏR
14 mart 2025 , 09:09
Bakıda sıxlıq olan yollar açıqlandı
14 mart 2025 , 08:25
Ramazan ayının 14-cü gününün DUASI
13 mart 2025 , 22:00Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
13 mart 2025 , 19:06
Azərbaycanda bu yağ bütün marketlərdən yığışdırılır
13 mart 2025 , 16:33
Ramazanda Novruz bayramı qeyd etmək olar? – Şeyxin müavini ilə MÜSAHİBƏ
13 mart 2025 , 14:15
Bakıda 20 dərəcə isti olacaq - Sabahın HAVASI
13 mart 2025 , 12:15