Lent.az-ı təbrik edirlər...
27 iyun 2009 17:00 (UTC +04:00)

Lent.az-ı təbrik edirlər...

Bu gün 1 yaşı tamam olan Lent.az on-line xəbər portalının ad günü münasibətilə redaksiyaya ölkənin müxtəlif təbəqəli şəxsləri, ictimai-siyasi xadimlərin, ziyalıların, mədəniyyət adamlarının, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan oxucuların təbrikləri daxil olur. Həmin təbriklərdən bir qismini diqqətinizə çatdırırıq.
“Sizi Lent.az saytının fəaliyyətə başlamasının 1 ili tamam olması münasibətilə təbrik edirəm! Lent.az Azərbaycanın internet məkanına yenilik gətirib. Bu sayt yarandığı vaxtdan informasiyanın oxucuya operativ çatdırılmasında öndə olub. Bu sayt oxucu tərəfindən sevilib. Lent.az-a daha böyük nailiyyətlər arzulayıram. Başda saytın baş redaktoru Qabil Abbasoğlu olmaqla Lent.az-dakı dostlarımızı, o cümlədən bizimlə əməkdaşlıq edən Pərvin Abbasovu təbrik edir, işlərinizdə uğurlar arzulayıram.
Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı”.
“Çox sevdiyim Lent.az-ın kollektivini, başda Vüsalə Mahirqızı və Qabil Abbasoğlu olmaqla hamınızı təbrik edirəm! Qoy, uğurlarınız davamlı olsun!

Sevgilərimlə: Xalq artisti Flora Kərimova“.

Azərbaycanın ən reytinqli xəbər portalı Lent.az-ın kollektivini 1 yaş münasibəti ilə təbrik edir, işlərində müvəffəqiyyətlər arzu edirik. Həmişə xəbəriniz bol olsun! Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva”.

Xəbərçilikdə həmişə birinci olan Lent.az-ın kollektivini, Vüsalə Mahirqızını və Qabil Abbasoğlunu uğurlu layihəsinin bəhrəsi - Lent.az portalının 1 yaşı olması münasibəti ilə təbrik edirəm. İşlərinizdə müvəffəqiyyətlər!

Xalq artisti Nazpəri Dostəliyeva”.

“1 yaşın mübarək sevimli Lent.az! Hamınızı İsveçrənin Sürix şəhərindən salamlayır, can sağlığı və xeyir xəbər dolu yaradıcılıq illəri arzulayıram. Yerinin həmişə birinci, ad günlərinin davamlı olsun.

Sayğılarla, Nur Həsənova, İsveçrə, Sürix şəhəri”.
“Salam Qabil müəllim! Sizi Lent.az-ın 1 yaşı münasibətilə təbrik edirəm. Peşəkar və şəxsi həyatınızda uğurlar.
Hörmətlə Məmməd Kərimov, mak.az”.
“Salam. Bu gün kövrək addımlarını atan Lent.az portalına möhkəm dayanıqlıq, işgüzarlıq, maraqlandırmaq, heyrətləndirmək, cazibədarlıq və bunun nəticəsində möhtəşəm oxucu auditoriyası arzulayırıq. Eyni zamanda Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) ilə etdiyiniz səmimi əməkdaşlığa görə Sizə minnətdarlığımızı bildiririk.
Ad gününüz mübarək! Natiq Əliyev, Binəqədi RİH”.
Lent.az saytı bir il müddətində çox böyük uğurlar əldə edib. Ən azından ona görə ki, bu qədər geniş auditoriya qazanıb. Bu qısa vaxt ərzində bu qədər geniş oxucu kütləsi toplayan və sevimli internet saytına çevrilən Lent.az-da çalışan əməkdaşlarına və rəhbərliyə borcludur. Mən də vaxtaşırı Lent.az-dan xəbərlər oxuyuram.
Sizə dəqiq və operativ xəbərləri yaymaqda daha geniş imkanlar arzu edirəm. Bir daha sayt rəhbərliyinə və əməkdaşlarına uğurlar arzulayıram.

Azərbaycanın Xalq artisti Aygün Kazımova“.

“Hörmətli Lent.az-çılar! 1 yaşınızın tamam olması münasibətilə həm Sizin peşəkar, mehriban kollektivinizi, həm oxucularınızı, həm də ümumilikdə Azərbaycan mətbuatını səmimi qəlbdən təbrik edirəm. Gələcək fəaliyyətinizdə Sizə uğurlar diləyərək, hər bir əməkdaşınıza möhkəm can sağlığı arzulayıram!

Hörmətlə, Xalq artisti Faiq Ağayev”.

“Salam! Sizi “Burc FM” radiosunun kollektivi adından 1 yaşınız münasibətilə təbrik edir, işlərinizdə uğurlar arzulayırıq!

Hörmətlə,“Burc FM”. (Lent.az-ın redaksiyasından: biz də “Burc FM”-li həmkarlarımızı radionun 11 yaşı tamam olması münasibətilə təbrik edirik)

“Hörmətli Qabil bəy! Sizi və rəhbərlik etdiyiniz kollektivi “Lent.az”-ın bir yaşının tamam olması münasibətilə təbrik edir,böyük yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə: BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev”.

“Əziz “Lent.az”çılar! Başda Qabil Abbasoğlu olmaqla Sizi ilk yaşınız tamam olması münasibətilə təbrik edirəm!

Bəhmən Faziloğlu, “Xalq Cəbhəsi” qəzetinin baş redaktor müavini”.

“Sizi təbrik edir, içlərinizdə uğurlar arzulayırıq. Həmişə indiki kimi birinci qalın.

Hörmətlə, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev”.

“İldönümünüz mübarək olsun! Saytınızın fəaliyyətindən razıyıq. Allah da Sizdən razı olsun. Vaxtımızın hədər getməsinin qarşısını aldığınız üçün təşəkkür edirik. Cəmiyyətimizin agahlığı, maariflənməsi və aktivləşməsi yolunda çəkdiyiniz zəhmətlər hədər getməsin. Çox istərdik ki, bizim münasibətlərimiz də saytınızda yer alsın.

Hörmətlə, Azərbaycan İslam Demokrat Partiyasının sədri Hacı Tahir Abbaslı”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1077

Oxşar yazılar