İnternet saytları dövlət yardımından kənarda qaldı
Dövlət orqanlarının təsis etdikləri qəzetlər, internet saytları və televiziyalar media layihələri üzrə müsabiqədə iştirak edə bilməz
Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondu dövlət yardımı ilə maliyyələşəcək media layihələri üzrə müsabiqə elan edir. Müsabiqəyə layihələr üzrə sənədlərin qəbulu iyulun 1-dən 30-dək aparılacaq.
Lent.az-ın məlumatına görə, fondun rəhbəri Vüqar Səfərli bu gün jurnalistlər üçün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, Müşahidə Şurası bir ay ərzində fondun fəaliyyəti üçün hüquqi və təşkilati sənədlərin hazırlanmasını başa çatdırıb.
Vüqar Səfərli qeyd edib ki, 2009-cu ildə fondun büdcəsi 1 milyon 300 min manatdır. Bu vəsaitin 1 milyon 100 min manatı qəzetlərin təqdim edəcəyi layihələrin maliyyələşməsinə, 200 min manatı isə fondun özünün xərclərinə sərf olunacaq. Bu il üçün medianın təqdim edəcəyi layihələr üzrə 11 istiqamət müəyyənləşdirilib. Hər bir media orqanı yalnız 1 layihə təqdim edə bilər.
Onun sözlərinə görə, redaksiyalar müsabiqəyə təqdim edəcəyi layihələrdə büdcənin məbləğini, layihə çərçivəsində hansı işlərin görüləcəyini aydın şəkildə qeyd etməlidir. Hər bir layihənin maliyyə tutumu 20 min manatdan yuxarı olmamalıdır.
Fonda rəhbəri bildirib ki, qaydalara görə, dövlət orqanlarının təsis etdikləri qəzetlər, internet saytları və televiziyalar bu müsabiqədə iştirak edə bilməz.
Təqdim olunacaq layihələrin qiymətləndirilməsi avqust ayı ərzində aparılacaq. Onun sözlərinə görə, bir layihəni 3 ekspert qiymətləndirəcək. Sentyabrın birinci həftəsində isə qaliblər ictimaiyyətə elan olunacaq.
Elxan SALAHOV

Oxşar yazılar

Yaz fəsli Azərbaycana martın 20-də daxil olacaq
14 mart 2025 , 16:28
Sabah elə isti hava olacaq ki... - PROQNOZ
14 mart 2025 , 12:39
Balaca müdirlərin HƏYASIZ TROLLARI
14 mart 2025 , 12:25
Azərbaycanda bu yağlar da marketlərdən YIĞIRIŞDIRILDI
14 mart 2025 , 11:28
Bakının əsas küçələrindən biri BAĞLANIR
14 mart 2025 , 11:21
Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir? – CAVAB
14 mart 2025 , 10:35
Yeni Klinika həkimlərin maaşlarını vermir? - AÇIQLAMA
14 mart 2025 , 10:21