Azərbaycanda 9694 nəfər dövlət qulluqçusu kimi pensiya alır
23 iyun 2009 17:00 (UTC +04:00)

Azərbaycanda 9694 nəfər dövlət qulluqçusu kimi pensiya alır

Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır. Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər.

Dövlət Sosial Müdafiə Fondundan Lent.az-a bildiriblər ki, hazırda Azərbaycanda 9694 nəfər dövlət qulluqçusu kimi pensiya alır. Onların orta aylıq pensiya məbləği 327,4 manatdır. Bu məbləğ adi vətəndaşların orta aylıq pensiya məbləğindən (99 manat) 3,3 dəfə çoxdur.

Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirib ki, dövlət qulluqçularının pensiyasının təmin olunması və artımı daha yüksək məbləğlərlə aparılır, Belə ki, hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır. 2008-ci ildə dövlət qulluqçularının məvaciblərinin artırılmasına uyğun olaraq göstərilən kateqoriyadan olan şəxslərin pensiyaları iyulun 1-dən orta hesabla 50 faiz artırılıb. Praktikada ilk dəfə olaraq, bu artımlar barədə pensiyaçıların fərdi məlumatlandırılması sistemi tətbiq olunub.

Xatırladaq ki, artıq dördüncü ildir ki, iyunun 23-nü dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1931

Oxşar yazılar