“Donuz qripi” Həccə ziyarətinə hələlik mane olmur
22 iyun 2009 19:15 (UTC +04:00)

“Donuz qripi” Həccə ziyarətinə hələlik mane olmur

“Bu barədə dünya müsəlmanlarının yekdil qərarı yoxdur”

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrini birinci müavini Hacı Salman Musayev “donuz qripi” təhlükəsi səbəbindən növbəti Həcc ziyarətinin təxirə salınacağı barədə gəzən söhbətlərə münasibət açıqlayıb. Lent.az-ın məlumatına görə, Hacı Salman Həcc ziyarətinin təxirə salınması barədə rəsmi sənədin olmadığını və ümumiyyətlə hazırda bu mövzuda müzakirələrin aparılmadığını deyib: “Sadəcə olaraq Türkiyə Diyanət Başqanlığının belə bir məlumatı olub ki, əgər bu virus qarşısıalınmaz bir vəziyyətə gələrsə, ola bilsin ki, Türkiyədən bu il Həcc ziyarətinə getsək istəyənlərin səfəri təxirə salına bilər. Ancaq bu, dünya müsəlmanlarının gəldiyi yekdil qərar deyil. Allahın qədəridir, bəlkə qarşısı alınmaz elə bir şey olacaq ki, vəziyyət başqa cür olacaq. İstənilən halda olanları gələcək göstərəcək. Gələcəkdə olacaq şeyi əvvəlcədən ortaya atmağa ehtiyac yoxdur”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 649

Oxşar yazılar