Nizami Gəncəvinin məqbərəsi ilə bağlı bukletlər hazırlanacaq
22 iyun 2009 18:15 (UTC +04:00)

Nizami Gəncəvinin məqbərəsi ilə bağlı bukletlər hazırlanacaq

Abidə kompleksində işçi sayının çoxaldılması da nəzərdə tutulur
Mədəniyyət və Turizm Nazirliyinin balansına keçirilməsi nəzərdə tutulan Nizami Gəncəvinin məqbərəsinə diqqətin daha da artırılması üçün təkliflər planı hazırlanır. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə abidə kompleksinin direktoru Gülnarə İsmayılova məlumat verib. Onun sözlərinə görə Nazirlik tərəfindən şeyx Nizaminin məqbərəsi ilə bağlı xüsusi bukletlərin hazırlanması, burada çalışan işçi sayının çoxaldılması nəzərdə tutulur. Kompleksdə çalışanların nəqliyyat vasitəsi və texniki avadanlıqlarla təmin olunması da planlar sırasındadır.
Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832

Oxşar yazılar