Magistrlərin siyahısı sabah açıqlanacaq
22 iyun 2009 17:45 (UTC +04:00)

Magistrlərin siyahısı sabah açıqlanacaq

İkinci mərhələdə imtahanların əsasən yazılı olması nəticələrin hesablanmasını yubadır

Ali məktəblərin magistratura pilləsinə ikinci mərhələ üzrə iyunun 21-də keçirilmiş imtahanların nəticələri sabah açıqlanacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadə Lent.az-a bildirib ki, ikinci mərhələdə bir sıra ixtisaslar üzrə imtahanlar yazılı şəkildə olduğundan tapşırıqların yoxlanması əlavə vaxt tələb edir. Bu səbəbdən də nəticələrin elan olunması bir qədər yubanır.

Mətbuat katibi qeyd edib ki, hazırda yazılı imtahan suallarının cavablarının yoxlanması başa çatmaq üzrədir. Onun sözlərinə görə, yoxlama işlərinin yoxlanması sabah günün birinci yarısınadək başa çatacaq və dərhal nəticələr elan olunacaq.

Xatırladaq ki, bu il ali məktəblərin magistratura pilləsinə 5168 plan yeri ayrılıb. Bunun 3720-si Azərbaycan, 753-ü rus bölməsi, 695-i isə birgə müsabiqə aparılan ixtisaslar üçün nəzərdə tutulub. Mayın 3-də birinci mərhələ üzrə keçirilmiş imtahanların nəticələrinə görə, 6383 bakalavr ikinci mərhələdə iştirak etmək hüququ qazanmışdı.


Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735

Oxşar yazılar