Sabah iki rayonun qazı kəsiləcək
27 iyun 2024 18:40 (UTC +04:00)

Sabah iki rayonun qazı kəsiləcək

Kürdəmir və Lənkəranın qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, iyunun 28-də saat 09:00-dan “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli magistral qaz kəmərindən “Sığırlı” QPS-nə çəkilmiş qaz xəttinin qaznəqli sisteminə birləşdirilməsi və saat 10:00-dan “Xarxatan qol” yüksək təzyiqli qaz kəmərində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, “Xarxatan” və “Sığırlı” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Bundan başqa təmir-bərpa işləri aparılan müddətdə Kürdəmir rayonunun (rayonun 39 kəndi, 2 qəsəbəsi və 55 qeyri-yaşayış sahəsi ) və Lənkəran rayonunun (Liman şəhəri və rayonunun 13 kəndi və 78 qeyri-yaşayış sahəsi) bir hissəsinin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1836
avatar

Oxşar yazılar